İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslam.ru" xəbər saytına istinadən verdiyi xəbərə görə Klassik dini kitabları ehtiva edən "İslam İlahiyyatı" virtual kitabxanası Rus dilində işə başladı. Bu elektron kitabxanada müsəlmanların orjinal və qədimi kitablarının nüsxələri PDF formatı ilə oxucuların ixtiyarına verilmişdir.
Bu "online" elektron kitabxananı Tatarıstanın "Hüzur" İslam Nəşriyyatı şirkəti İslami kitabların asan üsulla cavanların ixtiyarında olması hədəsi ilə yaratmışdır.
Bu elektron kitabxananın kitabları üç bölmədə yerləşdirilmişdir: 1. Tatarın dini irsi; 2. İslam Ensklopediyası; 3. Bizim kitabxanamız
Bu virtual kitabxanada bir çox kitabların müxtəlif dillərdə tərcüməsi də özünə yer almışdır.
Bu kitabxana hal-hazırda "darul-kutub.com" saytında fəaliyyətə başlayaraq müsəlmanların dini kitab irslərini "pdf" formatı ilə oxucuların ixtiyarına vermişdir.
288058